Cənubi Koreyanın baş naziri koronavirusa yoluxdu
22 Yanvar 2024 11:44 DünyaCənubi Koreyanın baş naziri Han Dak Sunun bazar günü COVID-19 üçün verdiyi test müsbət çıxıb.
Olaylar.az bildirir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıtdıqdan iki gün sonra hökumət başçısında koronavirus aşkarlanıb.
Məlumdur ki, siyasətçi gələn həftənin rəsmi tədbirlərini, o cümlədən çərşənbə axşamı, yanvarın 23-də Nazirlər Kabinetinin iclasında iştirakını ləğv edib. İclasa baş nazirin müavini Çoy Sanq-Mokun sədrlik edəcəyi gözlənilir.
Han Dak Sunun özü isə gələn həftəni evdə keçirmək və məsələlərə telefonla nəzarət etmək niyyətindədir. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31