Rusiyada bazar yanır

Rusiyanın Samara şəhərindəki Kirovsk bazarında yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi artıq min kvadrat metrə çatıb. Xəsarət alan və ölən yoxdur.

Yanğını söndürmək üçün 80 nəfər və 22 ədəd texnika cəlb olunub. Əlavə qüvvə olaraq "Kinel" stansiyasından yanğınsöndürmə qatarı da gətirilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31