İsveçrə qərəzsiz beynəlxalq platforma kimi legitimliyini itirdi — ÖZƏL
22 Yanvar 2024 11:23 Dünya"İsveçrə qərəzsiz beynəlxalq platforma kimi etibarını itirib və Ukrayna böhranının həllində vasitəçi sayıla bilməz".
Olaylar.az xəbər verir ki, Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin bildirib.
İsveçrənin Berndə elan edilmiş Ukraynada sülhə dair konfransın keçirilməsi üçün münasib yer olub-olmaması ilə bağlı sualı cavablandıran səfir xatırladıb ki, ölkə kollektiv Qərbin anti-Rusiya xəttini ardıcıl dəstəkləyir, qeyri-qanuni sanksiyalara qoşulub və təşəbbüskardır. Rusiya rəhbərliyini mühakimə etmək üçün beynəlxalq tribunal ideyasını təbliğ edir.
Qarmonin vurğulayıb ki, İsveçrə qərəzsiz beynəlxalq platformanın nüfuzunu tamamilə itirib və onu Ukrayna sülh danışıqları üzrə konfransın təşkili üçün uyğun yer adlandırmaq olmaz. Səfir bildirib ki, artıq İsveçrənin vasitəçiliyindən söhbət gedə bilməz. O qeyd edib ki, təəssüf ki, İsveçrə neytral dövlət statusunu itirib və vasitəçi sayıla bilməz.
Diplomat əlavə edib ki, İsveçrə diplomatiyası Moskvanın mövqeyinə məhəl qoymayan Vladimir Zelenskinin qondarma "sülh formulu" əsasında Kiyevin Ukrayna üzrə konfrans keçirmək dəvətinə razılıq verərək, məhkum təşəbbüsə qoşulub.