Çinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib - ÖZƏL
22 Yanvar 2024 10:59 DünyaÇinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, Çin Seysmoloji Mərkəzinin saytının məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 12:33-də (Moskva vaxtı ilə 07:33) ölkənin Sintszyan-Uyğur Muxtar Rayonunda qeydə alınıb.
Zəlzələnin episentri təxminən 2,7 milyon insanın yaşadığı Çinin Aksu rayonunda olub. Fəlakətin mənbəyi təxminən 16 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, dekabrda Çinin Qansu və Çinxay əyalətlərində 6,5 bal gücündə zəlzələ baş vermişdi . Yüzdən çox insan həlak olub, 500-ə qədər insan yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31