Pakistanda son 10 gündə 42 uşaq öldü - SƏBƏB
22 Yanvar 2024 10:53 DünyaPakistanın Pəncab əyalətində müşahidə olunan sıx tüstü dumanı həyata mənfi təsir göstərir.
Olaylar.az bildirir ki, duman səbəbindən pnevmoniya hallarında artım var. Əyalətdə son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb.
Pəncab Səhiyyə Nazirliyindən verilən açıqlamada sətəlcəm hallarında ciddi artım müşahidə edildiyi və yüzlərlə uşağın xəstəlikdən müalicə olunduğu bildirilib. Qeyd edilib ki, təkcə yanvarın 20-də 668 sətəlcəm xəstəsi aşkar edilib. Əyalətdə pnevmoniyaya tutulanların sayı isə 7 700-ə yüksəlib. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31