Avropada bərpa olunan enerji hesabına qaz qiymətləri düşməyə davam edir - ÖZƏL

Avropada qaz qiymətləri 2022-ci ildəki pik nöqtəsindən 2023-cü ildə demək olar ki, 60% ucuzlaşıb və əsasən rekord qaz ehtiyatları və bərpa olunan enerji mənbələri hesabına ucuzlaşmaqda davam edir.

Olaylar.az xəbər verir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə və bununla əlaqədar Qırmızı dəniz vasitəsilə beynəlxalq tədarükün kəsilməsinə baxmayaraq, Avropada LNG qiymətləri enməkdə davam edir. Bloomberg hadisəni rekord qaz ehtiyatları, bərpa olunan enerjiyə geniş sərmayə və böyük sənayeləşmiş ölkələrdə enerji tələbatını məhdudlaşdıran yavaş iqtisadi artımla əlaqələndirib.
Lakin azalmanın sona çatması və Avropa ölkələrinin, eləcə də Yaponiya, ABŞ və Çinin növbəti böhranla üzləşməsi riski var.
LNG tranzitinin yaradılmasına böyük beynəlxalq sərmayələrin qoyulmasına baxmayaraq, yeni gücün böyük hissəsi 2025-ci və 2026-cı ilə qədər görünməyəcək. Rusiyadan Ukrayna ərazisindən Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarük edən tranzit xəttinə dair müqavilənin müddəti bu ilin sonunda başa çatır.  Tranzit xəttinin bağlanması qaz tədarükünü azaldacaq. Bundan əlavə, artan ekstremal hava hadisələri enerji sistemlərini gərginləşdirir və LNG tələbini artıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31