ABŞ prezidentliyinə daha bir namizəd Trampın xeyrinə seçkilərdə iştirakdan imtina edib

Florida qubernatoru Ron Desantis ABŞ-də keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.

Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Ron Desantis namizədliyini Donald Trampın xeyrinə geri çəkib. Tramp bu addımına görə Desantisə təşəkkür edib.

"O, çox nəzakətli davrandı və məni dəstəklədi. Mən bunu yüksək qiymətləndirirəm və Co Baydeni məğlub etmək üçün Ronla birgə işləmək imkanını səbirsizliklə gözləyirəm", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Hindistan əsilli ermənipərəst iş adamı Vivek Ramasvami də prezidentliyə namizədliyini geri çəkib.

Belə ki, seçkiqabağı kampaniyasını dayandırdığını bildirən Ramasvami prezident seçkilərində Donald Trampı dəstəklədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31