Lavrov Nyu-Yorka getdi
22 Yanvar 2024 10:30 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, iclasda Yaxın Şərq və Ukraynadakı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Lavrovun 22-24 yanvar tarixləri ərzində Nyu-Yorka səfər edəcəyini və BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə debatlarında və Ukrayna ilə bağlı iclasında iştirak edəcəyini bildirib. Rusiya xarici işlər nazirinin, həmçinin, bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31