Üç Baltikyanı ölkə razılaşdı!- ÖZƏL
19 Yanvar 2024 22:27 DünyaRusiyanın Ukraynaya təcavüzündən sonra Estoniya, Latviya və Litva artan təhlükəsizlik narahatlıqlarına görə Rusiya və Belarusla sərhədlərində yeni müdafiə sistemləri qurmağa razılaşıblar.
Olaylar.az xəbər verir ki, bu haqda Estoniya Müdafiə Nazirliyindən açıqlama verilib.
Açıqlamada Latviyanın paytaxtı Riqada bir araya gələn 3 Baltikyanı ölkənin nazirlərinin qarşıdakı illərdə hərbi təhdidlərin qarşısını almaq üçün müdafiə sistemləri qurmaq barədə razılığa gəldiyi bildirilib. Açıqlamada sistemlərin Rusiya və Belarus sərhəddində qurulacağı vurğulansa da, ətraflı məlumat paylaşılmayıb. Estoniyanın müdafiə naziri Hanno Pevkur: "Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, sərhəd müdafiə sistemləri ilə yanaşı, avadanlıq, sursat və canlı qüvvəyə ehtiyac var".