Mega dağ hərəkət etdi- ÖZƏL

Dünyanın ən böyük aysberqi A23A təxminən 30 ildən sonra hərəkət etməyə başladı. Dağın divarlarında eroziya nəticəsində çürümə aşkar edilib. 

Olaylar.az xəbər verir ki, 1986-cı ildə Antarktika sahil zolağından qoparaq Weddell dənizində sabitləşərək buz adasına çevrilən meqa aysberq A23a yenidən hərəkət etməyə başlayıb. 

4 min kvadrat kilometr səth sahəsi olan buz adası həm də dünyanın ən böyük aysberqidir. 2020-ci ildən bəri küləyin, isti suların və axınların təsiri ilə şimala doğru sürükləndiyi açıqlanıb. Bu vəhşi təbiət və gəmi marşrutları üçün təhlükə yaradır. İlk hərəkəti 2020-ci ildə müşahidə edilən aysberqi araşdırmaq üçün Eyos Expeditions şirkəti tərəfindən gəmi göndərilib.

Bazar günü dağa çatan gəmi dağın divarlarına oyulmuş nəhəng mağaralar və tağlarla qarşılaşıb. O, dronla görüntülənib. Bu, onun "Ağ qitə"dən uzaqlaşdıqca daha isti hava və səth suları ilə qarşılaşması ilə əlaqələndirilir. Qurudakı eroziya kimi, aysberq də aşınır. Mütəxəssislər 3-4 metrlik dalğaların aysberqə dəydiyini və eroziyaya səbəb olduğunu bildiriblər. Bu mağaralar və böyük tağlar aşağıda dayaq olmadığı üçün üst buz qatının çökməsinə səbəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31