Aİ hərbi sənayenin inkişaf strategiyasını hazırlayır
19 Yanvar 2024 15:48 DünyaAvropa Komissiyası tərəfindən hazırlanmaqda olan hərbi sənayenin inkişaf strategiyası fevral ayında təqdim olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Vilnüsdə səfərdə olan daxili bazar üzrə Avropa komissarı Tyerri Breton Litva hökumətində mətbuat konfransında deyib.
Strategiyanın fevralın sonunda təqdim olunacağını deyən Avropa komissarı buraya hərbi texnikanın əldə edilməsi proqramı və bunun üçün nəzərdə tutulan vəsaitin daxil olacağını da əlavə edib.
Breton bildirib ki, strategiya Aİ-nin Ukraynaya hərbi yardımın göstərilməsi üzrə öhdəliklərin icrasını, eləcə də, üzv ölkələrin hərbi texnikaya ehtiyaclarının qarşılanmasını əhatə edəcək.
"Biz sürətlə, daha çox istehsal etməli və bunu birgə şəkildə etməliyik", - Breton deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31