İsrail ordusu Qəzza zolağında HƏMAS-ın iri raket istehsalı müəssisəsini məhv edib
19 Yanvar 2024 15:37 Dünyaİsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın raket və silah istehsalı üzrə əsas sənaye zonasını məhv edib.
Olaylar.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Bildirilib ki, sənaye zonasının üzərindəki geniş tunel şəbəkəsi də İsrail Müdafiə Qüvvələri tərəfindən məhv edilib.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağındaklı hərbi əməliyyatların əsas məqsədlərindən birinin HƏMAS-ın yeraltı infrastrukturunun məhvindən ibarət olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31