Mersində xeyli sayda İŞİD terrorçusu həbs edildi
19 Yanvar 2024 12:47 DünyaMersin polisi tərəfindən 16 yanvar tarixində həyata keçirilən anti terror əməliyyatı nəticəsində saxlanılan İŞİD terror təşkilatının yeddi şübhəli üzvündən beşi həbs edilib.
Olaylar.az-ın məlumatına görə, əməliyyat zamanı pul və terror təşkilatına aid bir sıra materiallar ələ keçirilib.
Məlumata əsasən, bir şübhəlinin axtarışları davam edir.
Xatırladaq ki, Mersin polisi tərəfindən yanvarın 16-da İŞİD terror təşkilatı üzvlərinin hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi işləri çərçivəsində doqquz şübhəlinin tutulması istiqamətində həyata keçirilən əməliyyatda yeddi şübhəlinin saxlanıldığı bildirilmişdi. Ünvanı tapılmayan iki şübhəlidən birinin isə yanvarın 12-də deportasiya edildiyi bildirilib. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31