Ukrayna Rusiya ərazisindəki neft bazasını vurdu
19 Yanvar 2024 12:27 DünyaUkrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna KV-ləri məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib.
Regionun qubernatoru Aleksandr Boqomaz məlumatı təsdiqləyib. Onun sözlərinə görə, PUA-lar zərərsizləşdirildikdən sonra onun sursatları neft bazasının üzərinə düşüb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31