İordaniya Suriyanı bombaladı: 11 nəfər öldü

İordaniya Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə aviazərbələr endirməsi nəticəsində uşaqlar da daxil olmaqla azı 11 nəfər ölüb.

Olaylar.az BBC-yə istinadən xəbər verir ki, sərhəddən təxminən 20 km aralıda yerləşən Suveyda əyalətinin Arman şəhərində bir neçə evin dağıldığı bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il başlayandan İordaniya Hərbi Hava Qüvvələrinin Haşimilər Krallığına narkotik və silah-sursat keçirən qaçaqmalçıların mövqeyinə qarşı üçüncü zərbəsidir. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31