ABŞ-nin bazalarına HÜCUM: Pentaqon MƏLUMAT YAYDI
19 Yanvar 2024 11:49 Dünya"2023-cü ilin oktyabrından bəri ABŞ-nin İraq və Suriyadakı bazalarına təxminən 140 dəfə hücum edilib".
Olaylar.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu hücumlardan 57-si İraqdakı, 83-ü isə Suriyadakı ABŞ bazalarını hədəf alıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlıları İsrail ərazisinə qəfil hücum edərək Qəzza sərhədi yaxınlığında yaşayan İsrail sakinlərini öldürdükdən və 200-dən çoxunu qaçırdıqdan sonra İsrail antiterror əməliyyatına başlamağa məcbur olub. Bununla da Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31