Türkiyənin kosmosa ilk səyahətindən tarixi FOTOlar
19 Yanvar 2024 11:20 DünyaXəbər verdiyimiz kimi, Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu SpaceX-in kosmik gəmisi kosmosa buraxılıb.
Olaylar.az xəbər verir ki, Ax-3 missiyasının üzvü Gezeravcının kosmos səyahəti ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılması ilə başladı.
Uzunluğu 70, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan Falcon 9 raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 min 300 kiloqram, Marsda isə 4 min kiloqram yük daşımaq qabiliyyətinə malikdir.
Gezeravcı 14 gün ərzində İSS-də müxtəlif elmi missiyaları yerinə yetirmək üçün kosmosda xidmət edəcək.
Ax-3 missiyasına həmçinin ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Wandt daxildir.
Daha əvvəl ABŞ yerli vaxtıyla yanvarın 17-də baş tutması planlaşdırılan buraxılış SpaceX tərəfindən son yoxlamaları tamamlamaq üçün bir gün təxirə salınmışdı. (bakupost.az)
Digər maraqlı xəbərlər Milli.A
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)