Uralchem Çinə gübrələrin tədarükü üçün memorandum imzalayır - ÖZƏL

"Uralchem Group" və Çinin mineral gübrə idxalçısı "Xinjiang Golden Pomegranate Agricultural Import and Export Co. LTD" şirkəti üç il ərzində Çinə 600 min ton gübrə tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
"Memorandum tərəflərin 2024-2026-cı illərdə Çinə monoammonium fosfat (MAP) və mürəkkəb (NPK) gübrələrinin tədarükü ilə bağlı niyyətlərini əks etdirir. Üç il ərzində belə tədarüklərin ümumi həcminin 600 min tona çatacağı gözlənilir. Yüklərin daşınması isə şirkət tərəfindən həyata keçiriləcək", - məlumatda deyilir.
Olaylar.az xəbər verir ki, Çin Uralchem üçün strateji tərəfdaşdır, şirkətin baş direktoru Dmitri Konyaev əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
"Dəniz yolu ilə daşınmalara əlavə olaraq, biz məhsullarımızı Çinə dəmir yolu ilə çatdırırıq ki, bu da Çinin daha dərində yerləşən ərazilərini təchiz etməkdə bizə unikal üstünlük verir", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31