Türkiyədən qaçmaq istəyən 5 FETÖ üzvü saxlanılıb
18 Yanvar 2024 11:21 DünyaTürkiyədən Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 8 nəfər saxlanılıb. Bunlardan 5-nin FETÖ üzvü olduğu müəyyən edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terrorla mübarizəmiz sərhədlərimizdə də davam edir. Sərhəddəki qartallarımız ölkəmizdən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 8 nəfəri saxlayıb. Araşdırmalar nəticəsində saxlanılan şəxslərin 5-nin FETÖ terror təşkilatına üzvü olduğu müəyyən edilib", - nazirliyin açıqlamasında deyilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31