Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsinin mümkünlüyünü... - Baş nazirdən açıqlama - ÖZƏL

Estoniyanın baş naziri Kaja Kallas bildirib ki, ölkədə yaşayan Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi vaxt tələb edir, çünki konstitusiyaya dəyişiklik etmək lazımdır.

Olaylar.az xəbər verir ki, bu barədə ERR bildirir.

Onun sözlərinə görə, ilkin plan Ukraynada hərbi əməliyyatlar başa çatana qədər Rusiya və Belarus vətəndaşlarının səsvermə hüquqlarını dayandırmaq idi, lakin indi prezident və ədliyyə naziri əsas qanuna dəyişiklik olmadan bunun mümkün olmadığını deyirlər.

"Ədliyyə Nazirliyi yeni təhlil aparacaq, konstitusiyaya dəyişiklik etməklə bunun necə həyata keçiriləcəyi ilə bağlı yeni variant təqdim edəcək. Ola bilsin ki, Riigikogu həqiqətən də səslərin böyük əksəriyyəti ilə bu variantı dəstəkləyəcək", - Kallas bildirib.

Bundan əvvəl Estoniyanın ədliyyə naziri Kalle Laanet bildirmişdi ki, ölkədə daimi yaşayan Rusiya vətəndaşlarının yerli seçkilərdə səsvermə hüququndan məhrum edilməsi məsələsi sosial demokratların mövqeyinə görə dalana dirənib.

"Bu günə qədər bu məsələdə heç bir irəliləyiş əldə etməmişik. Bir tərəfdən məhdudiyyəti dəstəkləyən hüquqi və siyasi arqumentlər var, digər tərəfdən isə konstitusiyaya dəyişiklik edilmədən bunun mümkün olmadığı arqumentləri var. Əslində biz çıxılmaz vəziyyətə düşmüşük", - Laanet bildirib.

Bundan əvvəl Estoniya səfirlikdə Rusiya prezident seçkilərində səsverməyə müdaxilə etməyəcəyinə söz vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31