İraqla İran arasında təhlükəsizlik anlaşmasının icrası dayandırıla bilər

İranın İraqın Ərbil vilayətinə raket hücumu səbəbi ilə İraqla İran arasında təhlükəsizlik anlaşmasının icrası dayandırıla bilər.

Olaylar.az-ın məlumatına görə, bunu İraqın müdafiə naziri Sabit əl-Abbasi deyib.

S.əl-Abbasinin sözlərinə görə, İran tərəfindən İraqın Ərbil vilayətinin bombalanması əsla qəbul edilə bilməz.

Əl-Abbasi bildirib ki, İraq tərəfi bu hücumu qəti şəkildə pisləyir.

Qeyd edək ki, 16 yanvar gecə saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq ərazisindəki obyektlərə raket zərbələri endirib. Hücumlar nəticəsində 4 nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31