Çinin əhalisi 2,08 milyon nəfər azalacaq - ÖZƏL

Çin Milli Statistika Bürosunun hesabatında deyilir ki, ötən il Çinin ümumi əhalisi 2,08 milyon azalaraq 1,40967 milyard nəfər olub.
Olaylar.az xəbər verir ki, 2023-cü ildə materik Çində 9,02 milyon körpə doğulub, 11,1 milyon çinli isə dünyasını dəyişib. Hər 1000 nəfərə doğum və ölüm göstəriciləri müvafiq olaraq 6,39 və 7,87 təşkil edib.
Yaşı 16-59 arasında olan əhali ümumi sayın 61,3%-ni təşkil edib ki, bu da 2022-ci ildən 0,7 faiz bəndi azalıb. 65 və yuxarı yaşda olanların sayı 3,3 faiz artaraq 216,76 milyon nəfərə çatıb.
Statistikaya görə, 2023-cü ildə Çinin şəhər əhalisi 1,2% artaraq 932,67 milyon nəfərə, kənd əhalisi isə 2,8% azalaraq 477 milyon nəfərə çatıb.
2022-ci ildə Çində son 60 ildə ilk dəfə olaraq 850 min əhali azaldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31