Qazaxıstanda doqquz məsul şəxs həbs edilib

Qazaxıstanda kömür mədənində partlayışa görə doqquz məsul şəxs həbs edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Mədəndəki partlayışla əlaqədar istintaq başa çatmaq üzrədir. Mədənin doqquz məsul işçisi şübhəli bilinərək həbs olunub", - məlumatda deyilir.

Xatırladaq ki, 28 oktyabr 2023-cü ildə Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış baş verib. Qəza nəticəsində 46 mədən işçisi həlak olub, 28 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31