İsrailli həkimlərə BU ŞƏXSLƏRLƏ görüşmək qadağan edildi
17 Yanvar 2024 11:56 Dünyaİsrailli həkimlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri ilə görüşməsinə qadağa qoyulub.
Olaylar.azxəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, BMT İnsan Haqları Şurası tərəfindən yaradılmış İstintaq komitəsi 7 oktyabr hadisələrinin şahidi olan israilli həkimlər və digər səhiyyə işçiləri ilə əlaqə saxlamağa çalışır. Bildirilib ki, komitə "beynəlxalq və gender əsaslı cinayətləri" araşdırır və səhiyyə rəsmilərindən bu barədə müsahibə götürmək istəyir.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurası tərəfindən yaradılmış İstintaq komitəsinin hazırladığı hesabat iyun ayında tamamlanaraq BMT Baş Assambleyasına təqdim olunacaq. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31