Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğradı: ölən var
17 Yanvar 2024 11:14 DünyaQırğızıstanda Mi-8 hərbi helikopteri qəzaya uğrayıb, bir nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hərbi helikopter "Frunze-1" aviabazasında qəzaya uğrayıb. Helikopter Qırğızıstanın Hava Müdafiə Qüvvələrinə məxsusdur.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.
Uçuş hərbi təlim məqsədilə həyata keçirilib. Helikopterin məcburi sərt eniş icra etdiyi qeyd olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31