Fransızlar növbəti dəfə özlərini gülünc vəziyyətə qoyacaqlar- ÖZƏL
17 Yanvar 2024 10:26 DünyaFransanın Azərbaycana qarşı təxribat xarakterli addımları mütəmadi xarakter alıb. Artıq prosesə sözügedən ölkənin qanunverici orqanı da cəlb edilib. Belə ki, Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Məlumata görə, Fransa Senatı 295 lehinə, 1 əleyhinə səslə ölkə hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
"Olaylar"ın məlumatına görə, politoloq, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Fransa senatının 17 yanvar tarixli iclası hazırda müzakirəsi heç yerdə edilməyən və hətta Ermənistanda səsə qoyulmayan mövzu ilə bağlıdır: "Qəzzada və Ukraynada baş verənlər fonunda Azərbaycanın Qarabağdakı ermənilərə münasibətində cinayət axtaran fransızlar növbəti dəfə özlərini gülünc vəziyyətə qoyacaqlar".