Blinken israilli nazirlərə QARŞI ÇIXDI
7 Yanvar 2024 23:29 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Biz bəzi israilli nazirlərin və qanunvericilərin fələstinlilərin Qəzzadan kənara köçürülməsinə çağıran bəyanatlarını rədd edirik.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, fələstinlilər şərait imkan verən kimi evlərinə qayıtmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31