Qüds yaxınlığında hücum cəhdinin QARŞISI ALINDI

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İsrailin təhlükəsizlik qüvvələri Qüds yolunda avtomobillə hücum cəhdinin qarşısını alıb. Hadisə nəticəsində bir fələstinli uşaq güllə yarasından ölüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata əsasən, insident İordan çayının qərb sahilində, Qüds yaxınlığında yerləşən yəhudi Givat Zeev qəsəbəsindəki keçid məntəqəsində baş verib. Avtomobilin toqquşması nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb.

Polis hadisəni terror aktı kimi qiymətləndirib, sürücü sərhədçilər tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində üç yaşlı fələstinli qız yaralanıb və onun ölüm xəbəri hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31