Blinken İordaniya kralı ilə görüşüb
7 Yanvar 2024 18:48 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ dövlət katibi Antoni Blinken İordaniya Kralı II Abdullah ilə görüşüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Blinken görüşün yekunlarına dair özünün "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Blinken İordaniya Kralı ilə Qəzzada və İordan çayının qərb sahilində mülki əhalinin qorunması istiqamətində səyləri müzakirə etmək üçün görüşdüyünü bildirib.
"Qəzzada fələstinlilərə humanitar yardım göstərdiyinə görə ona təşəkkürümü bildirdim. Münaqişə regiona yayılmamalıdır", - deyə Blinken əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31