Qəzza zolağında HƏMAS-ın mənəvi liderinin nəvəsi öldürülüb
7 Yanvar 2024 16:27 DünyaQəzza zolağında HƏMAS-ın qurucusu və mənəvi lideri şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu-Aciya öldürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail KİV-i Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Əbu-Aciyanın hava hücumu nəticəsində öldürüldüyü qeyd olunub.
Qeyd edək ki, şeyx Əhməd Yasin 2004-cü ilin martında israillilərin raket atəşləri nəticəsində həlak olub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31