HƏMAS-ın daha bir rəhbər şəxsi öldürüldü
23 Dekabr 2023 20:06 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə endirdiyi hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının təchizatından məsul olan rəsmisi ölüb.
Olaylara.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.
Məlumata görə, öldürülən Həsən əl-Atraş HƏMAS üçün silahların tədarükü və istehsalına, eləcə də müxtəlif ölkələrdən Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silahların keçirilməsinə cavabdeh olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31