Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.
Olaylar.az gürcü KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb. Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib. (Trend)