Türkiyə ordusu İraqın şimalında 6 şəhid verib
23 Dekabr 2023 10:17 Dünyaİraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
"Terror təşkilatının Şimali İraqa hücumu nəticəsində 6 əsgərimiz şəhid olub, 1 əsgərimiz yaralanıb. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatı keçirilib. İlkin təsbitlərə görə 7 terrorçu zərərsizləşdirilib", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31