25 futbolçuya eyni gündə çağırış vərəqəsi verildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Kiyev "Obolon"unun futbolçuları Ukrayna ordusuna kollektiv çağırış alıblar.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda "Strana.UA" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, ərazi işə qəbul mərkəzinin əməkdaşları Ukrayna Premyer Liqasının (UPL) turnir cədvəlində sonuncu yerdə qərarlaşan paytaxt komandasının 25 futbolçusuna bildiriş göndərib.

Bir gün əvvəl Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələri sıralarına hərbi qulluqçuların cəlb edilməsini gücləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31