BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasını və genişləndirilməsini asanlaşdırmaq üçün qətnamə qəbul edib.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüş BMT-nin saytında yayımlanıb.

Qətnamənin lehinə 15 ölkədən 13-ü səs verib. Rusiya və ABŞ bitərəf qalıb.

Ərəb ölkələri tərəfindən hazırlanan qətnamənin mətnində bildirilir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi Antonio Quterreşdən humanitar məsələlər üzrə yüksək səviyyəli əlaqələndirici təyin etməyi və Qəzza zolağına humanitar yardımın sürətləndirilmiş şəkildə çatdırılması mexanizmini yaratmağı xahiş edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31