ABŞ-dan Putinə gözlənilməz Milad hədiyyəsi
22 Dekabr 2023 22:45 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Kiyevə əlavə yardımla bağlı razılığın əldə edilməməsi Rusiya Prezidenti Vladimir Putin və bütün Rusiya rəhbərliyi üçün böyük hədiyyədir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Virciniyadan olan amerikalı senator Mark Uorner X səhifəsində ABŞ Konqresinin Ukraynaya yardım və sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma olmadan məzuniyyətə çıxmasına münasibət bildirərkən yazıb.
"Siz bilirsinizmi Milad bayramını kim daha yaxşı qeyd edəcək? Vladimir Putin", - siyasətçi əlavə edib.
Buna baxmayaraq, senator ABŞ-ın gələn il Kiyevin dəstəklənməsinə dair razılığa gələcəyinə ümid etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31