Fransız qoşunları Nigerdən BELƏ ÇIXIR - FOTO
22 Dekabr 2023 19:06 DünyaSon fransız qoşunları Nigeri tərk edir.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bununla bağlı REN TV Nigerdəki Fransa bazasından fotoşəkillər əldə edib.
Belə ki, fotolarda Fransa kontingentinin son üzvlərinin bazanı tərk etdiyini görünür. Onlar dekabrın 22-də Nigeri tərk edəcəkləri təyyarələrə doğru hərəkət edirlər.
Qeyd edək ki, Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrda başlayıb. Ümumilikdə, Afrika ölkəsindəki Fransa hərbi kontingentinin sayı təxminən 1,5 min nəfərdir.
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31