BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar qətnamə ilə bağlı səsvermə yenidən təxirə salınıb - ÖZƏL
22 Dekabr 2023 16:37 Dünya"BMT Təhlükəsizlik Şurası bir qrup ərəb dövlətinin müəllifi olduğu Qəzza zolağındakı vəziyyətlə bağlı humanitar qətnamə layihəsinə dair səsverməni növbəti dəfə təxirə salıb".
Olaylar.az xəbər verir ki, bunu Ekvadorun BMT-dəki daimi nümayəndəsi bildirib.
Dekabrda ölkəsi BMT Təhlükəsizlik Şurasına sədrlik edən Jose de la Gasca, səsvermə cümə gününə qədər təxirə salındı deyib.
Səsvermə artıq bir neçə dəfə təxirə salınıb.
Qətnamənin həmtəsisçisi olan BƏƏ-nin daimi nümayəndəsi Lana Zəki Nusseibeh bildirib ki, ölkələr əslində qəbul olunacaq mətnə çatmaq üçün çox yüksək müzakirələr aparırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31