Ermənistan və Fransa nümayəndələri Parisdə hərbi-siyasi məsləhətləşmələr keçirib
22 Dekabr 2023 15:10 DünyaErmənistan və Fransanın müdafiə nazirlikləri Parisdə hərbi-siyasi məsləhətləşmələr keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan tərəfini Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan, Fransanı isə Beynəlxalq Münasibətlər və Silahlı Qüvvələr Strategiyası Direksiyasının rəhbəri Alis Rufo təmsil edib.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər. Məsləhətləşmələr zamanı bir sıra razılaşmalar əldə olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31