Rusiya neftinin ixracı 2021-ci ilin göstəricisindən 7% çoxdur - ÖZƏL

"Rusiya neftinin ixracı 2021-ci ildəki göstəricidən 7% çoxdur".

Olaylar.az xəbər verir ki, bunu baş nazirin birinci müavini Andrey Belousov bildirib.

"Xam neft ixracı 2021-ci ilin göstəricisindən 7% yuxarıdır və təqribən 250 milyon metrik ton təşkil edir. Rusiyanın pul ekvivalentində enerji ixracı 2021-ci ilin göstəricilərinə çatıb və büdcə və şirkətlər üçün əlverişli səviyyədə qalır" - o, deyib.
Belousov bildirib ki, Avropa İttifaqına enerji əmtəələrinin ixracı 4,5 dəfə azalıb. O əlavə edib ki, 2021-ci illə müqayisədə dost olmayan ölkələrə tədarük ümumilikdə 3,5 dəfə azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31