Aİ Rusiyaya qarşı sanksiyaları ilə özünə zərər vurur - ÖZƏL
19 Dekabr 2023 16:00 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Avropa İttifaqı seçkilərə müdaxilə edərək və senzura tətbiq etməklə 12-ci sanksiyalar paketi ilə Rusiyaya qarşı iqtisadi təcavüzünü davam etdirir, lakin Brüssel ancaq özünə zərər verir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
"Aİ 12-ci anti-Rusiya sanksiyalar paketi ilə Rusiya Federasiyasına qarşı iqtisadi təcavüzünü davam etdirir. Rusiya artıq Qərbin bütün sanksiyalar dalğalarına tab gətirdi və iqtisadiyyatı 18 minə yaxın məhdudiyyətə baxmayaraq inkişaf edir. Eyni şeyi Avropa iqtisadiyyatı haqqında demək olmaz" - Slutski bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının üzvlərinə və bir sıra Rusiya televiziya kanallarına qarşı sanksiyalar seçkilərə müdaxilə və aşkar senzura hesab edilə bilər.