İsrail HƏMAS-ın maliyyə təminatı ilə məşğul olan şəxsi öldürüb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında hava hücumu nəticəsində HƏMAS-ın maliyyə vəsaiti ilə təminatını təşkil edən Sübhi Fərvan adlı şəxs qətlə yetirilib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Sübhi Fərvan HƏMAS hərbi qüvvələrini, döyüşçülərin əmək haqlarını və hərbi fəaliyyəti maliyyələşdirmək üçün qardaşı ilə birgə özünün "Hamsat" şirkəti vasitəsilə maliyyə vəsaitinin tranzaksiyasını təşkil edib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31