Finlandiya səfiri Rusiya XİN-ə çağrıldı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Finlandiyanın Rusiyadakı səfiri Antti Helantera Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Məlumata görə, səfir Vaşinqtonla Helsinki arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Zaxarova Rusiyanın öz sərhədində NATO-nun hərbi potensialını gücləndirərək, bununla ölkənin təhlükəsizliyini təhdid etməsini cavabsız qoymayacağını bildirib.

"Rusiya tərəfi Finlandiya və onun NATO-dan olan müttəfiqlərinin təcavüzkar qərarları ilə mübarizə üçün lazımi tədbirləri görəcək", - o deyib.

Bundan başqa, Rusiya XİN nümayəndəsi sözügedən saziş çərçivəsində silahlarla bağlı məhdudiyyət olmadığını və nüvə silahlarının istifadəsinin də nəzərdə tutulduğunu qeyd edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31