ABŞ Türkiyəyə şərt qoydu: F-16 istəyirsənsə...
19 Dekabr 2023 15:01 DünyaDövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
"Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq", - Miller bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31