Moskva üzərində Ukraynaya məxsus PUA məhv edildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumu ilə bağlı məlumat yayıb.

Olaylar.az bildirir ki, məlumatda Ukrayna tərəfinin təyyarə tipli pilotsuz uçan aparatla (PUA) ilə Rusiya paytaxtına hücum etdiyi bildirilib.

"Moskva vaxtı ilə saat 12.35-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31