İslandiya paytaxtının yaxınlığında vulkan püskürməyə başlayıb
19 Dekabr 2023 13:36 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İslandiyanın cənub-qərbində paytaxt Reykyavik yaxınlığında vulkan püskürməyə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vulkanın bir sıra zəif zəlzələlərdən sonra püskürməyə başladığı qeyd olunub. Vulkanın dəqiq miqyasını öyrənmək üçün hadisə yerinə helikopter göndərilib.
Qeyd edək ki, mütəxəssislər İslandiyanı yüksək seysmoloji aktivliyə malik ölkə olduğunu bildiriblər. Belə ki, ölkədə vulkan püskürməsi təhlükəsi yüksək səviyyədədir.
Hazırda İslandiyada 33 aktiv vulkan mövcuddur və bu digər Avropa ölkələri ilə müqayisədə ən yüksək göstəricidir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31