ABŞ Ukraynadakı əsas prioritetlərini açıqlayıb
19 Dekabr 2023 13:25 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink ölkəsinin Ukraynadakı əsas prioritetlərini açıqlayıb.
Olaylar.az xəbər verir ki, səfir bununla bağlı açıqlamanı "X" (keçmiş "Twitter") sosial media səhifəsində paylaşıb.
Onun sözlərinə görə, Vaşinqton qışda Ukraynanın enerji infrastrukturunun mühafizəsini təmin etməyi və ölkənin limanları, sərhədləri vasitəsilə ixracı maksimum dərəcədə artırmağı vacib hesab edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də oxşar açıqlama verərək Ukraynanı dəstəkləməyin vacib olduğunu bildirmişdi. Kardin qeyd etmişdi ki, Ukraynanı dəstəkləmək İsraili dəstəkləməkdən daha vacibdir: "Çünki Kiyev döyüş meydanında müstəqil şəkildə özünü müdafiə etmək iqtidarında deyil". (Sfera.az)