Tramp prezident seçilərsə, Ukraynaya yardım dayandırılacaq - NARAHATLIQ
19 Dekabr 2023 12:34 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Avropalı siyasilər ABŞ-nin keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımını dayandıracağından və NATO müttəfiqləri qarşısında götürdüyü öhdəliklərdən imtina edəcəyindən narahatdırlar.
Olaylar.az xəbər verir ki, onların qənatəinə görə, Tramp 2024-cü il prezident seçkilərində qalib gələrsə Rusiya ilə müharibə şəraitində olan Ukraynaya yardımı davam etdirəcəyi şübhə altındadır.
Məsələ ilə bağlı açıqlama verən Trampın köməkçiləri bildiriblər ki, o, Avropaya müdafiə yardımını kəsməyə və Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmağa meyillidir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31