Ukrayna ordusunda əcnəbilərin sayı artıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ukrayna ordusunda əcnəbilərin sayı artıb.

Olaylar.az bildirir ki, bu iddia ilə hərbi ekspert, istefada olan polkovnik-leytenant Andrey Maroçko çıxış edib. O bildirib ki, xüsusilə  Gürcüstan və Polşadan gələn muzdlu hərbi qulluqçuların sayında artım müşahidə olunur:

"Ukrayna ordusunun muzdlularla doldurulması ciddi çatışmazlıqla bağlıdır. Gürcü və polşalı əsgərlər döyüş bölgələrinə gəlməkdə davam edirlər".

Ekspert hazırda muzdluların hansı ərazilərdə daha çox olduğunu da açıqlayıb: "Onlar indi Dnepropetrovsk, Xarkov, Slavyansk, Kramatorsk və Konstantinovka qəsəbələrindədirlər".

Xatırladaq ki, bundan əvvəl rus qırıcıları Krynok ərazisində Böyük Britaniyadan olan muzdluları görüblər. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31