ABŞ bu ölkənin cənubunda 38 yeni "F-15EX" qırıcısı yerləşdirməyi planlaşdırır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ silahlı qüvvələri Yaponiyanın cənubunda Okinava adasında Kaden bazasında 38 müasir "F-15EX" qırıcısını daimi əsasda yerləşdirməyi nəzərdən keçirir.

Olaylar.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Kaden hərbi-hava bazasında daimi əsasda hərbi təyyarələr yerləşdirmək niyyətindədir.

Bildirilir ki, 2022-ci ildən etibarən bazadan 48 köhnəlmiş "F-15C" qırıcıları mərhələli şəkildə çıxarılmağa başlayıb. Əvəzində isə bazada rotasiya əsasında hərbi təyyarələrin yerləşdirilməsi təklif olunub, lakin hazırda bu variant qeyri-rasional hesab olunub.

Qeyd edək ki, Kaden bazası ABŞ Hərbi Hava Qüvvələrinin ölkə xaricindəki ən böyük bazasıdır və Pentaqonun Şərqi Asiyada ən böyük dayaq məntəqələrindən biri hesab edilir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31